Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə QİA.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd edilir.

Oxşar Xəbərlər