Qırğızıstan Prezidenti Sadır Japarov ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
QİA.AZ xəbər verir ki,bu barədə məlumatı Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti şöbəsi yayıb.
Söhbət zamanı dövlət başçıları Qırğızıstan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini bölüşüblər.
Prezident Sadır Japarov Türkiyənin Qırğızıstan Respublikasının müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr quran və ölkədə səfirlik açan ilk döblət olduğunu məmnunluqla qeyd edib: “Türkiyə bizim üçün qardaş dövlət, etibarlı dost və zamanın sınağından keçmiş tərəfdaşdır. Qırğızıstan Türkiyə ilə münasibətlərə xüsusi önəm verir”.
Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə Qırğızıstan-Türkiyə münasibətlərinə strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından 10 il keçdiyini vurğulayıb. Bununla bağlı o, Strateji Əməkdaşlıq üzrə Ali Şurasının 2021-ci ilin iyununda keçirilmiş iclasının yekunları üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə qarşılıqlı səylərin yönəldilməsini təklif edib.
Türkiyə lideri Şuranın 2022-ci ildə keçiriləcək növbəti iclasında iştirak etmək üçün Qırğızıstana səfər etmək niyyətində olduğunu bildirib.