Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanunda dəyişiklik müzakiryə çıxarılıb.
Trend-in məlumatına görə, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.
Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.