Gürcüstanda koronavirusa yoluxanların sayı 90 mini ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 90 mini ötdü

Gürcüstanda ötən sutkada daha 3 697 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 409 nəfər sağalaraq evə buraxılıb, 38 pasiyent isə vəfat edib.

QİA.AZ xəbər verir ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 93 092-yə çatıb. Onların 73 877-si sağalıb, 853-ü isə dünyasını dəyişib.

Karantin rejimində saxlanılanların sayı 2 186, stasionar nəzarətdə olanların sayı isə 5 833 təşkil edir. 3 518 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altındadır.

Oxşar Xəbərlər