Yerə doğru potensial təhlükəli iki asteroid yaxınlaşır.
QİA.AZ-ın məlumatına görə, bu barədə “The Sun” qəzeti NASA-nın məlumatlarına istinadən yazır.Səma cisimlərindən biri – asteroid 2013 YD48 – Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid yanvarın 18-də Yerdən 0,013 astronomik vahid məsafədə keçəcək. NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, bu, yaxın yanaşmadır.Daha əvvəl NASA direktorunun müavini Tomas Zurbuxen bildirib ki, hazırda alimlərə məlum olan asteroidlərin heç biri yaxın 100 ildə Yerlə toqquşmaq təhlükəsi yaratmır. O vurğulayıb ki, alimlər ölçüsü 140 metrdən çox olan obyektlərin yalnız 40%-ni bilirlər. “Onların çoxu, təxminən 60%-ni hələ tapa bilməmişik”, – Zurbuxen deyib.