Aparılan monitorinqlər nəticəsində 250-dən çox hərbi qulluqçunun təminat xərclərinin tərkibində olan əlavələrin hesablanmasında nöqsanlar aşkarlanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.
Onun sözlərinə görə, həmin əlavələr yenidən hesablanıb və hərbi qulluqçuların pensiyalarında müəyyən faiz nisbətində artımlar həyata keçirilib.
“Bu, hərbi qulluqçulara münasibətdə qısa müddətdə gördüyümüz işlərin nəticəsidir” – deyə o bildirib.