“Gənclərlə iş sahəsində əldə edilmiş təcrübə və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirilib-Foto

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şura “Gənclərlə iş sahəsində əldə edilmiş təcrübə və gələcək perspektivlər” mövzusunda gənclər təşkilatları ilə məsləhətləşmələrə başlayıb.
İctimai Şuranın “Gənclərlə iş üzrə” İşçi qrupunun təşkilatçılığı ilə aktiv fəaliyyəti ilə seçilən bir neçə gənclər təşkilatı ilə görüş keçirilib.
Öncə Şuranın sədri Azər Əliyev gündəlikdəki məsələləri gənclər təşkilatlarının rəhbərlərinin diqqətinə çatdırdı və gənclərlə iş sahəsində görülən işlər, eyni zamanda gələcək perspektivlər haqqında məlumat təqdim etdi.
İşçi qrupunun rəhbəri Asim Vəliyevinmoderatorluğu ilə davam edən dəyirmi masada gənclər təşkilatlarının qarşılaşdığı problemlər, gənclər siyasəti haqqında qanuna təkliflər, Qarabağın dirçəldilməsində gənclər təşkilatlarının rolu və cari məsələlər ilə bağlı müzakirələr aparılıb və gənclər təşkilatlarının təklifləri dinlənilib.
Qeyd edək ki, gənclər təşkilatları və idman federasiyaları ilə məsləhətləşmələr növbəti həftələrdə də davam edəcək. Görüşlərə qoşulmaq istəyən təşkilat və federasiyalar müraciət edə bilər.

Oxşar Xəbərlər