Yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər ki, müəyyən edilmiş istiqamətlər üzrə səfər zamanı sərnişinlər bələdçilər tərəfindən müşayiət olunacaq.
Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra “ASAN login” vasitəsilə bilet ala biləcəklər.