UEFA Avropa Liqası: “Fənərbağça” səfərdə uduzub, “Mançester Yunayted” darmadağına sevinib

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

İngiltərə təmsilçisi “Mançester Yunayted” evdə İspaniya “Betis”ini darmadağın edib – 4:1.

“Yuventus” isə Almaniya “Frayburq”u ilə qarşılaşmada tək qola sevinib.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbağça” isə İspaniyada “Sevilya” ilə bacarmayıb – 0:2.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Betis” (İspaniya) – 4:1
Qollar:
 M.Reşford, 6, Antoni, 52, B.Fernandeş, 58, V.Veqhorst, 84 – A Perez, 32

00:00. “Yuventus” (İtaliya) – “Frayburq” (Almaniya) – 1:0
Qol:
 Anxel Di Mariya, 53

00:00. “Sevilya” (İspaniya) – “Fənərbağça” (Türkiyə) – 2:0
Qollar:
 Joan Jordan, 56, E.Lamela, 85

00:00. “Şaxtyor” Donetsk (Ukrayna) – “Feyenord” (Niderland) – 1:1
Qollar:
 Y.Rakitski, 79 – E.Bullaude, 88

Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.

Oxşar Xəbərlər