Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.
QİA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.