“Dünən baş verən hadisə planlaşdırılmış təxribat idi. Həmin ərazidə Ermənistan hərbçilərinin olması onu göstərir ki, düşünülmüş plan var idi”.
QİA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ceyhun Bayramov qeyd edib ki, laçınlıların 2023-cü il ərzində Laçına qayıtmaları planlaşdırılır: “Mina təhlükəsi və bu kimi addımlar onların qayıtmasını önləməyə yönəlib. Ermənistanın təxribatları davam edərsə cavabımız onlar üçün çox ağır olacaq. Sülh prosesinin alternativsiz olduğu Azərbaycan tərəfindən irəli sürülüb”.