İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançı qızıl medal qazanıb.
QİA.AZ xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən Cansu Bektaş fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançı birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.
“Aldığım medalı azərbaycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızdayıq!” – deyə atlet qeyd edib.