Sudanda paytaxt Xartum və müxtəlif şəhərlərdə baş verən qarşıdurmalarda 56 mülki vətəndaş həlak olub, aralarında əsgərlər də olmaqla 595 nəfər yaralanıb.
QİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlamanı Sudanın Mərkəzi Həkimlər Komitəsi verib.
“Biz sağlam düşüncənin qalib gəlməsinə və günahsız, silahsız mülki insanların həyatına son qoyan münaqişələrin dərhal dayandırılmasına, saxlanılan və qapalı qalanların təxliyyə edilməsinə, yaralılara ilk tibbi yardım üçün təhlükəsiz dəhlizlərin açılmasına çağırırıq”,- deyə Komitənin bəyanatında bildirilib.
Qeyd edək ki, dünən səhər saatlarında Sudanın paytaxtı Xartum və onun müxtəlif şəhərlərində Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.
HDK-nın orduda tam iştirakını nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı iki güc arasında qızğın qarşıdurmaya çevrilmişdi.