Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” 4-cü uçuşunu İstanbulun Tekirdağ rayonunun Çorlu qəsəbəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirib.
QİA.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, “Baykar”ın milli və sırf öz imkanları ilə inkişaf etdirdiyi pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın uçuş sınaqları planlaşdırılan istiqamətdə davam edir.
Bu çərçivədə həyata keçirilən 4-cü uçuşla Sistem İdentifikasiyası Testi uğurla tamamlanıb.
Bu günə qədər iki prototipi uğurla istehsal edilən “Bayraktar Kızılelma”nın inkişaf və istehsal fəaliyyətləri davam edir.
Türkiyənin milli pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması planlaşdırılır.
“Bayraktar Kızılelma” və “Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatı (SİHA) aprelin 10-da keçirilən inventar qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olacaq “TCG Anadolu”nun uçuş göyərtəsində enib.
İkinci prototipi istehsal edilən “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə “TCG Anadolu” gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.