Suriyanın şimalında terror təşkilatı PKK/YPG Türkiyə Silahlı Qüvvələrinə məxsus “Zeytun Budağı” və “Fərat Qalxanı” baza ərazilərinə hücum edib.
Hücum nəticəsində 4 əsgər yaralanıb.
QİA.AZ xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
“Terror təşkilatı PKK/YPG Suriyanın şimalındakı “Zeytun Budağı” və “Fərat Qalxanı” bölgələrindəki baza ərazilərimizə Ramazan ayında belə eyni vaxtda minaatan və MLRA atəşləri ilə hücum etdi. Hücum zamanı yaralanan 4 əsgərimiz Kilis Dövlət Xəstəxanasına təxliyə edilib. Müəyyən edilmiş hədəflər isə dərhal vurularaq terrorçuların cavabı verilib”, -deyə məlumatda vurğulanıb.