Prezident İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub

Mayın 22-də Litvanın paytaxtı Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

QİA.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olunub.

Birgə foto çəkdirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzalayıblar.

Qeyd edək ki, mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.

Oxşar Xəbərlər