Ermənilər ordumuzun mövqelərini atəşə tutub

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

QİA.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordumuzun həmin istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxşar Xəbərlər