Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gedib.
QİA.az xəbər verir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.