Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda forum keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq forum keçirilir.

QİA.az xəbər verir ki, açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, tədbirdə 30-dək sabiq dövlət və hökumət başçısı iştirak edir.

Forum çərçivəsində keçiriləcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək beynəlxalq forumun iclasları Şuşada və Gəncə şəhərində baş tutacaq.

Oxşar Xəbərlər