Laçının daha 40 sakini doğma yurda qayıtdı-FOTO

Noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

 QİA.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 10 ailə (40 nəfər) köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Laçın şəhərində 325 ailənin (1245 nəfər) daimi məskunlaşması təmin edilib.

Oxşar Xəbərlər