Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək

Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.

“Caliber.az”a diplomatik mənbələrdən daxil olan məlumata görə, iclas noyabrın 29-u və 30-da baş tutacaq.

Müvafiq razılaşmaları hər iki tərəf təsdiqləyib.

İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir.

Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.

Oxşar Xəbərlər