Qatı ermənipərəst mövqeyilə tanınan, vaxtilə Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı hədələyən Paris meri Ann İdalqo ətrafında siyasi qalmaqal yaranıb.
QİA.az Caliber.az-a istinadla xəbər verir ki, bu yaxınlarda o, həyat yoldaşı ilə birgə Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə gedib. İdalqonun adalarda və Sakit Okeanda keçirdiyi bütün müddət ərzindəki xərcləri dövlət büdcəsindən ödənilib.
Lakin səfərin işgüzar hissəsi cəmi bir həftə davam edib. İdalqo səyahətinin ikinci həftəsindən yaxınlıqdakı adalardan birində məskunlaşan qızını ziyarət etmək üçün istifadə edib. O, izi itirmək üçün sosial şəbəkələrdə Paris küçələrində velosiped sürdüyünə dair videoları yerləşdirib.
Bu azmış kimi, İdalqonun səfər çərçivəsində planlaşdırılan rəsmi tədbirlərin əksəriyyətinə qatılmadığı da ortaya çıxıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ümumilikdə, mer öz səfərinə təxminən 60 min avro xərcləyib.