ATƏT dövlətləri təşkilatın baş katibi Helqa Şmidin və digər üç əsas yüksək vəzifəli məmurun mandatlarının uzadılmasına qərar veriblər və assosiasiya üzvləri də həmçinin Maltanın 2024-cü ildə sədrliyinə razılaşıblar.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani mətbuat konfransında deyib.
“Bütün iştirakçı ölkələr Maltanın gələn il yeni sədr olacağı ilə bağlı razılığa gəldilər. Həmçinin Şimali Makedoniyanın sədrliyi ilə bağlı plan da işə düşdü, biz ATƏT-in dörd rəhbər postunun – baş katib və muxtar qurumların rəhbərlərinin mandatlarını uzada bildik”, – deyə Osmani vurğulayıb.
Təşkilatın hazırkı sədrinin sözlərinə görə, rəhbərliyə Şmiddən başqa ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro, təşkilatın milli azlıqlar üzrə ali komissarı Kayrat Abdrahmanov, həmçinin birliyin demokratik institutlar və insan haqları bürosunun rəhbəri Matteo Mekaççi daxil olub.
ATƏT xarici işlər nazirlərinin görüşü noyabrın 30-dan dekabrın 1-dək Skopyedə baş tutub. Osmani təşkilatın baş katibinin və digər əsas liderlərin səlahiyyətlərinin nə qədər uzadılacağını açıqlamayıb.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onun fikrincə, bu müddət ərzində bu vəzifələrə daha səriştəli şəxslərin seçilməsi üçün səlahiyyətlərin üç ay uzadılması kifayət edərdi.
Qeyd edək, Rusiya və Belarus Estoniyanın əvvəllər irəli sürülmüş namizədliyini dəstəkləməkdən imtina etdikdən sonra Malta NATO üzvü olmayan dövlət kimi 2024-cü ildə ATƏT-ə sədr olmaq təklifi alıb. Estoniya namizədliyini geri götürməyib, lakin Maltanın təsdiqinə də mane olmayıb.
Mənbə: TASS