Hizbullah” partiyasının silahlı qanadı Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra Livan-İsrail sərhədində hərbi əməliyyatları bərpa edib.
Bu barədə birləşmələrin “Telegram” kanalında yerləşdirilmiş bəyanatında bildirilir.
Qeyd olunur ki, müqavimət döyüşçüləri Cəl əl-Aləm bölgəsində İsrail hərbi postunu atəşə tutublar. Hücumun nəticələri barədə məlumat verilmir.
Raketlər Livanın cənubundan hava hücumu sirenlərinin səsləndiyi Menara, Şlomi, Marqaliot və Kiryat-Şmona yəhudi yaşayış məntəqələri yaxınlığındakı İsrail mövqelərinə doğru atılıb.
Həmçinin, Əl-Mərc sərhəd bölgəsində və Ramim kazarmasında İsrail patruluna da zərbələr endirilib. Yaraqlılar düşmən sıralarında ölən və yaralananların olduğunu iddia edirlər.
Mənbə: TASS