Sabah Ankarada Türkiyə və Ukrayna arasında regional məsələlər üzrə siyasi məsləhətləşmələr aparılacaq.
Bu barədə Türkiyə mediası ölkədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
“5 dekabr 2023-cü il tarixində Türkiyə Xarici İşlər Nazirinin müavini, səfir Burak Akçapar və ukraynalı həmkarı Yevgeni Perebiynisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli və regional məsələlərə dair siyasi məsləhətləşmələr baş tutacaq”, – məlumatda bildirilir.
Mənbə: Haber.Club