Netanyahu: “İsrail ordusu HƏMAS liderinin Qəzza zolağındakı evini mühasirəyə alıb”


“İsrail ordusu Qəzza zolağında Həmas liderinin evini mühasirəyə alıb”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. İndi onlar Sinvarın evini mühasirəyə alıblar. Deməli, onun evi onun qalası deyil. O, qaça bilər, amma biz onu yaxalayacağıq, bu, an məsələsidir”, – deyə Netanyahu hökumət başçısının aparatı tərəfindən yayılan qısa videomüraciətdə bildirib.

Mənbə: TASS

Oxşar Xəbərlər