Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.
QİA.az xəbər verir ki, Rusiya Federasiya Şurasında bu gün keçirilən səsvermədə ölkədə növbəti prezident seçkilərinin 2024-cü il martın 17-ə təyin edilməsi qərara alınıb.
Federasiya Şurasının sədri Valentina Matviyenko bu gündən Rusiyada prezident seçkilərinə start verildiyini deyib.