Jurnalist Hafiz Babalı saxlanılıb.
QİA.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, o, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.
Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.