Azərbaycan elə bir ölkədir ki, tarix boyu,demək olar, hər zaman öz mədəniyyəti,incəsənəti, silinməz tarixiylə,istər coğrafiyasıyla,istər təbiətiylə,istərsə də öz mərd,yenilməz xalqıyla seçilmiş, daim diqqət mərkəzində olmuşdur.Bir xalqı xalq edən,onun tarixi,dili,mədəniyyəti,incəsənətidir.Onları silinməz edəndə,qoruyanda,məhz,xalqdır..Daim inkişafda olan bir ölkədə,bir dövr gəldiki,adəta,bir zirvə yaşandı..Bu tarix,Heydər Əliyev tarixi idi…Qızıl hərflərlə tarixə işlənən bir dövr..
Öz siyasəti,vətən,xalq sevgisilə,danışığı,dühasilə bir iz qoyan şəxsiyyət,Ulu Öndər Heydər Əliyev..Elin oğlu,xalqın oğlu,Heydər Əliyev..Necəki bir mahnıda deyilir: “ Xalq Heydər söyləyəcək!” Bəli, hər zaman xalq Heydər söyləyəcək,çünki, Ulu Öndər daim xalqını düşünmüş,onun üçün fəaliyyət göstərmişdir.Necəki dedik,bir xalqı xalq edən,onun tarixi,dili,mədəniyyəti,incəsənətidir.Onları silinməz edəndə,qoruyanda,məhz,xalqdır..Ulu Öndər də hər zaman mədəniyyət,incəsənət,xüsusilə tarixini və dilini müqəddəs bilmiş,fəaliyyəti boyu üstün tutmuşdur..Bunun üçün deyirik ki, Ümummilli lider Heydər Əliyev xalqın içindən gəlmiş, xalqın, elin oğlu idi..Xalqını xalq edənləri silinməz etmək üçün daim çalışmış,və buna nail olmuşdur..Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Nəinki mədəniyyət,incəsənət,cəmiyyəti əhatə edən hər sahədə Heydər Əliyev öz imzasını atmışdır.Bunun nəticəsidirki,bu gündə adı çəkilən zaman böyük bir fəxarət və qürur hissi ilə alınır Ulu Öndərimiz..Bu imza elə bir imza oldu ki,sərhədləri aşan bir imza..Öz imzasilə xalqının imzasını atdı ki,bu gün də imzamız var imzaların içində..
Ümummilli Lider Heydər Əliyevin 1960-cı llərin axırlarında hakimiyyətə gəlməsilə,iqtisadi və mədəni tənəzzül yaşayan ölkədə,artıq, dirçəliş,milli ruhun yüksəlişi,cəmiyyətin bütün sahələrində inkişaf dövrü başladı.Buna faktdır ki,Heydər Əliyevin hakimiyyət fəaliyyəti dönəmində jurnalistika və jurnalistlərə xüsusi marağı və önəmi nəticəsində “Jurnalistlərin dostu” adlandırlırmışıdır,hətta,ümumilli liderin belə bir cümləsi var ki,“Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”. Bu da sübut edir ki, Heydər Əliyev heç bir qarşılıq,heç bir tərif məqsədi güdmədən sadəcə və sadəcə xalq və onun tərəqqisənə mərkəzlənmiş fəaliyyətə yönəlmişdi ki, bu Ulu Öndərin əvəzsiz siyasətidir.
Heydər Əliyev siyasətinin ana xətti doğma dilə ögey münasibətin aradan qaldırılması idi ki, dahi rəhbər buna da nail olmağı bacardı..Dilini üstün tutub,müqəddəs bilən rəhbər siyasəti nəticəsində milli ruhda yüksəliş,oyanış olmuş,dilimizə ögey münasibət aradan qalxmışdı,mətbuat sahəsində də həmçinin,bunun bariz nümunələrini görmək mümkün idi.
Heydər Əliyev fəaliyyəti çoxşaxəlidir.Mədəniyyət sahəsində fəaliyyət diqqəti cəlb etməkdədir.Dediyimzi kimiz,daim mədəniyyətin inkişafına yönələn Ümumilli liderin mədəniyyətə tövhələri danılmazdır.Böyük inkişaf dövrü yaşayan mədəniyyət və incəsənət sahələri,qüdrətli rəhbər fəaliyyətilə zirvələrə qalxmışdır.İstər musiqi,istər teatr,istər rəssamlıq,istərsə də rəqs və digər incəsənət və mədəniyyət sahələri -hər biri Hedər Əliyev qayğısı və dəstəyindən bəhrələnmişdir.Bunun üçündə,daim,diqqət mərkəzində olmuşdur.
Bunu bu cür bir faktla dahada təsdiqləmək olar.Müstəqillik əldə etdikdən sonra,bir sıra problemlər meydana çıxmağa başladı,məsələn,mədəniyyətin qarşılaşdığı problemlər və ya sosial problemlər ki bu cür sosial problem nəticəsində ölkəni tərk etməli olan sənət adamları və.s Lakin dahi rəhbər Heydər Əliyevin gəlişi və siyasəti nəticəsində artıq mədəniyyət öz inkişafını yaşamaqda,yaranan soail problemlər,artıq, bitməkdə idi ki,bununlada,sənət adamları vətənə qayıtmış və onlara xüsusi önəm və qayğı göstərilməyə başlanmışdır.Problemlərə görə,bağlanan teatr,kitabxana kimi mədəniyyət ocaqlarının qapıları ədəbi olaraq açılaraq öz tamaşaçılarına,oxucularına qovuşmuşdur.Filarmoniyanın təmiri və yenidən istifadəsidə buna ən yaxşı nümunədir,çünki,filarmoniya demək,musiqi ocağı deməkdir.Azərbaycan musiqiləri,dünya musiqiləri içində ən seçilən və mükəmməl sənət nümunələridir.Daim musiqilərimiz öz melodiyası ilə,ardıcıl,mükəmməl notları ilə qəlblərə də,yaddaşlara da imza atmışdır.Muğamlarımız,baletlərimiz,operalarımız və digər möhtəşəm musiqi nümunələrinində ,əlbətdə,dünya musiqi tarixində iz qoymuş yaradıcı bəstəkarları olmuşdur.Azərbaycan öz bəstəkar və ecazkar musiqiləri,əsərlərilə tanınmış və bu gün tanınmaqdadır.Ulu Öndərdə hər zaman bunu diqqət mərkəzində saxlamış və musiqiyə xüsusi önəm vermişdir.Xalq mahnılarını isə sevərək dinləmişdir.Hətda,Heydər Əliyevin ən sevdiyi xalq mahnısı, “ Küçələrə su sərpmişəm” və “Alagöz” olmuşdur.Nəinki sevərək dinləmişdir,hətda,videomateriallardan görürük ki,Heydər Əliyev həmin mahnıları sevərəkdə ifa etmişdir.Görkəmli müğənni,bəstəkar,Müslüm Maqomayevlə eyni masa arxasında əyləşən Heydər Əliyev Maqomayev və digər musiqiçi şəxslərlə birlikdə “Alagöz”dən balaca bir hissə oxumuşdur.Budur, bu da təkrar sübut edirki xalqını sevən,xalqın oğlu Heydər Əliyev Xalq mahnılarına xüsusi rəğbət hissi ilə yanaşmış,onu ifa edənlərə,nəinki onlara,bəstəkarlara,daim qayğı göstərmişdir.
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.
Bir bəstəni,mahnını yaradan,ona melodiyalar qatan,notları canlandıran musiqi alətləridir,ona ritm verən nağara,həzin səsilə könüllərə yol tapan kamança,muğamlarım ayrılmaz parçası tardır.Əlbətdə,musiqiyə,bəstə və bəstəkara önəm göstərən dahi rəhbər musiqinin təməlini təşkil edən musiqi alətlərini ifa edən səmətkar şəxslərə də ,həqiqətən,böyük önəm vermişdir.Musiqi və onun Azərbaycan mədəbiyyət və incəsənətində,qısaca,Azərbaycan musiqisi və incəsənətinin dünya incilərindən olduğunu yaxşı bilən Ümummilli lider Heydər Əliyev,əlbətdə,onu yaradnlara,ifaçılarınada qayğı göstərməyə və onların inkişafı üçün adımmlar atmaya bilməzdi.Bu qayğının nəticəsidir ki,mədniyyət ocaqları,musiqi məktəbləri fəaliyyətə başlamış,burada sənətində öz sözünü deyən sənətkarlar Azərbaycan mədəniyyətinə yeni şəxsiyyətlər yetişdirəyə başlamışdır.Budur,Heydər Əliyevin bir dəyər və veridiyi önəmlə Azərbaycan mədniyyətində,incəsənətində yeni-yeni və nəticələri yüksək olacaq addımlar atıldı.
Verilən bu diqq
tin nəticəsi idiki,Naxçıvanda da sənət sahəsində iz qoyan nağara ifaçısı Pənah Qurbanov Mədəniyyət evinin təməlini qoymuş və burada yeni fəaliyyətə başlamışdır.Yaranan Nağaraçalanlar” ansamblı Heydər Əliyevində iştiraı ilə baş tutan,yaradıcılıq günləri,festivallarda,konsert və tədbirlərdə iştirak etmiş və dəfələrlə mükafatlara laiq görülmüşlər və xüsusi olaraq fəaliyyətləri Ümumilli lider tərəfindən dəyərləndirilmişdir.Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda keçirilən Naxçıvan günlərində P.Qurbanovun rəhbərliyi ilə “Nağaraçalanlar” ansamblının iştirakı bu sənətin Naxçıvanda layiqli davamçılarının yetişdiyini və Ümumilli lider fəaliyyətini sübut edir.
Qurbanovlar ailəsinin nağara ifaçılığı sahəsində yaradıcı fəaliyyəti diqqətdən kənarda qalmamışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 1974-cü ildə P.Qurbanovun digər oğlu Mustafa Qurbanova imzalı nağara hədiyyə etmişdir. Bu sənətə və sənətkara ulu öndər tərəfindən verilən qayğı,önəm,əsasən,göstərilən hörmətə ən yaxşı faktdır.Məhz,bununlada,bu gündə həmin ansambıl,öz fəaliyyətindədir və Musiqiyə önəm ənənəsini davam etdirən prezident İlham Əliyev tərəfindən həmin ansamblın bədii rəhbəri Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi, “Prezident mükafatı”na laiqgörülmüşdür.Bəli,budur bu gündə dahi rəhbər,Ümummilli lider Heydər Əliyevin mükəmməl siyasəti və ənənələri davam etdirilir.Faliyyəti dönəmində inkişaf yollarında sürətlə addımlayan Azərbaycan bu gün artıq öz zirvəsinə çatmışdır.Bu günün inkişaf zirvəsinə çatan Azərbaycanın mərkəzində Heydər Əliyev siyasəti dayanmaqdadır.
Prezident İlham Əliyev:“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”
O vəsiyyətki,içində Şuşaya qovuşmaq vədi və arzusu var idi.Musiqinin,incəsənətin,mədəniyyətin incilərinin ocağı Şuşaya çatmaq vədi,vəsiyyəti.O vəsiyyət,davam etdirilən dahi şəxsiyyət,Ulu öndər siyasətilə yerinə yetirildi.Bu gün Cıdır düzündə musiqilərimiz səslərin,milli rəqslərimiz oynanılır.Budur,Ulu öndər qayğısı,dəyərilə bu gün belə inkişafda olan incəsənət və mədəniyyət nümunələrimiz özünü məhz elə “ocaq” olan Şuşa da göstərməkdədir.
Beynəlxalq aləmdə öz sözünü deyən Heydər Əliyev siyasəti tək mədəniyyət,incəsənəti deyil,bütün sahələri əhatə etmiş və daim inkişafa və tərəqqiyə yönəlmişdir.Prezident İlham Əliyevində şəxsi təşəbbüsilə davam etdirilən siyasətin nəticəsidirki bu gün ölkəmmiz hər sahədə öz imzasını ata bilir.Bəli,nəinki bu gün, illərdə ötsə,əsrlərdə keçsə,hər zaman Heydər Əliyev böyük ehdiram və qürur hissilə anılacaqdır.
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Bəli,bu günümüz və gələcəyimiz səninlə bağlıdır,ey,dahi rəhbər!Nə qədər bu xalq varsa,öz oğlunu,rəhbərini xatırlayacaq,zirvələrdə,qəlblərdə,dillərdə yaşadacaq.İnkişafına can atdığı musiqilərdə,şeirlərdə unudulmaz edəcək,heykəllərdə baxışını əbədiləşdirəcək və ucaldacaq..Hər bir şeydə xatırlanacaq və unudulmayacaq..Heydər xalqım dedi və xalqa Heydər dedi,Heydər deyir və deyəcək.
Hörmətlə anırıq….
Nuray Qurbanlı
NDU-nun 2-ci kurs tələbəsi