Reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son vəziyyəti açıqlanıb
QİA.az xəbər verir ki, bloqer Ramal İsayev Asyanın ayıldığını və vəziyyətinin yaxşılığa doğru getdiyini deyib:
“Şükür Allaha Asya ayıldı. Vəziyyəti yaxşılığa doğru gedir. İnşallah ki, tezliklə sağalacaq”.
Xatırladaq ki, bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşmişdi.