Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində beş mərtəbəli binada yaşayan sakinlər iddia edir ki, 1950-ci illərdə tikilən binanın birinci mərtəbəsində qanunsuz olaraq söküntü işləri aparılır.
Xezerxeber.az-ın məlumatına görə, binanın qəzalı vəziyyətə düşməsindən narahat olan sakinlər aidiyyəti qurumları da məlumatlandırıb. Amma onların səsinə səs verən olmayıb.