Əməkdar artist Tahir İmanov fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərilə bağlı ölkə gənclərinə müraciət ünvanlayıb.
QİA.Az xəbər verir ki, “Planet Parni iz Baku” KVN teatrının “Youtube” platformasında olan kanalında paylaşılan müraciətdə seçkilərin ölkəmizin gələcəyi üçün önəmli olduğunu vurğulayan Tahir İmanov gəncləri bu prosesdə aktiv iştirak etməyə çağırıb.
“Hər şey sizin əlinizdədir. Əsas məsələ bu işdə fəal olmağınız, düzgün addım atmağınız və Azərbaycanın xoşbəxt gələcəyidir” – o bildirib.