Azərbaycan Gənclər Fondunun dəstəyi, “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə region gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Azərbaycan Kuboku layihəsinin final bağlanış mərasimi keçirlib.
Rəsmi açılış mərasimində, “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyinin sədri Azad Manaflı, Azərbaycan Gənclər Fondunun əməkdaşı Zaur Osmanov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov və digər rəsmilər iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Azad Manaflı layihə barədə danışaraq qeyd edib ki, seçim turlarının Ağdaş, Ağsu, Mingəçevir və Şamaxı rayonunda təşkil olunmasına baxmayaraq final mərasimində Azərbaycanın 12 müxtəlif bölgəsindən 16 komanda iştirak edir. Layihənin əsas məqsədi region gənclərini intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək və hərakata yeni nəfəs gətirməkdən ibarətdir. Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçirilib və hər bir zonanın qalibi Mingəçevir şəhərində təşkil olunan final mərhələsində iştirak etmək hüququ qazanıblar.