Mingəçevir şəhərində 67 yaşlı qadın dəm qazından zəhərlənib.
“Unikal”ın məlumatına görə, hadisə Günəşli fərdi yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.
1957-ci il təvəllüdlü Şəfiqə Səfərəli qızı Babəliyeva yaşadığı evdə dəm qazından zəhərlənərək halsız duruma düşüb. Yaşlı qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.