“Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”.
QİA.az Oxu.Az-axəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
O deyib: “Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”.