Yetkinlik yaşına çatmayan qızların nikaha məcbur edilməsi ilə bağlı ötən il bir cinayət işi açılıb

Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.

QİA.az “Report”a istinadla xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.

O xatırladıb ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb: “2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının bir yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib. Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 269 erkən evliliyin qarşısı alınıb”.

Oxşar Xəbərlər