Nigeriyada binanın çökməsi nəticəsində 6 nəfər ölüb

Nigeriyanın cənub-şərqində yerləşən Anambra əyalətindəki bazarda tikilməkdə olan binanın çökməsi nəticəsində 6 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb.

QİA.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Nigeriya milli fövqəladə hallar idarəsinin məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Əyalət qubernatoru çökən binanın hökumətin icazəsi olmadan özəl inşaatçı tərəfindən tikildiyini bildirib. O, həmçinin hökumətin ştatda qanunsuz tikili probleminin həllinə çalışdığını vurğulayıb.

Qeyd edək ki, Nigeriyada binaların çökməsi halları tez-tez baş verir. Ekspertlərin fikrincə, buna köhnə tikililərin sayının çox olması, tikinti qaydalarına əməl edilməməsi və inşaat işlərində keyfiyyətsiz materiallardan istifadə edilməsi səbəb olur.

Oxşar Xəbərlər