“Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 43-dən 44-ə yüksəlib.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu açıqlamasında AMEA-nın Rəyasət Heyəti Aparatının Elektron akademiya şöbəsinin baş mütəxəssisi, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
“Son aylarda “Vikipediya”nın Azərbaycan seqmentində aparılan işlər öz müsbət nəticəsini göstərir. Müsbət fəaliyyətin əldə olunmasında Azərbaycan vikipediya icmasının rolu əvəzsizdir. “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 43-dən 44-ə yüksəlib və hər keçən gün bu platformaya müraciət edənlərin sayı artır”, – deyə Elnur Eltürk vurğulayıb.