Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) 3,3 ton narkotik daşıyan gəmini ələ keçirib.
QİA.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə donanmanın nümayəndəsi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, bu, ölkə tarixində ən böyük narkotik müsadirələrindən biri olub: “Hindistan HDQ Narkotiklərə Nəzarət Bürosu ilə birgə əməliyyatda təxminən 3300 kiloqram qaçaqmal daşıyan şübhəli gəmini ələ keçirib”.
Məlumatda qeyd edilib ki, gəminin heyəti saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Saxlanılan 5 nəfərin İran və ya Pakistan vətəndaşları olduğu güman edilir, onların üzərində heç bir sənəd tapılmayıb.