Ordubad rayonunun Nüsnüs kəndində yerləşən qədim yeraltı hamam tarixə qovuşmaq üzrədir. 18-ci əsrə aid memarlıq abidəsi mühafizə olunmadığı üçün baxımsız qalıb.
“Bu abidə ilə bir neçə dəfə maraqlanıb, məlumat toplayıblar. Ancaq bərpası ilə bağlı heç bir iş görülməyib”, – deyə kənd sakini söyləyib.
Qeyd edək ki, uzunluğu 22,6, eni 9,4 metr olmaqla sahəsi 213 kvadratmetr olan hamamın üzərində nə lövhəyə, nə də hər hansı mühafizə zolağına rast gəlinir.