Bərdədə baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB + FOTO

Bərdədə baş verən ağır qəzada yaralananların kimliyi məlum olub.

QİA.AZ “Report”un məlumatına istinadən xəbər verir ki, qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər