Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib:
“Həm quru, həm də artilleriya döyüşləri gedib. Nəticədə Ukrayna Silahlı Qüvvələri Krasnoqorovka şəhərini azad edib”
.Qeyd edilib ki, gecədən səhərədək davam edən ağır döyüşlərdə hər iki tərəf çoxlu itkilər veriblər:
“Rusiya Ordusunun 100 hərbçisini itirdiyi bildirilib. Ukrayna Ordusu tərəfindən də itkilər var. Lakin bununla bağlı dəqiq say açıqlanmayıb”.O da bildirilib ki, Avdiyevka istiqamətində son üç gündə vəziyyət olduqca gərgindir. Məlumata görə, sözügedən ərazi ətrafındakı daha iki kənddən Ukrayna Ordusu geri çəkilib.