2024-cü ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Bildirilir ki, həmin şəxslərdən 12-i Azərbaycan, 11-i Pakistan, 7-i İran, 3-ü Əlcəzair, 3-ü Şri-Lanka, 2-i Hindistan, 2-i Mərakeş və 1-i İraq vətəndaşı оlub.
Sərhəd qaydalarını pоzduqlarına görə 833 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
2023-cü ildə 10 min 689 nəfər sərhəd rejimini pozduqlarına görə saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat verib.
“2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axtarışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb. Ölkəyə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilib, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilib”, – Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub.
Məlumata görə, cari ildə 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınıb, 36 ton 222 kq narkotik xassəli bitkinin məhv edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə 2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənib, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.