Cəlilabadda qəza: Xəsarət alanların vəziyyətləri AÇIQLANDI 

Cəlilabad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış üç nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan 1981-ci il təvəllüdlü qadına başın küt travması, başın təpə nahiyəsinin cırılmış yarası, sağ tərəfli alının və üzün sıyrılmış yaraları, hər iki yuxarı ətrafın sıyrıqları, qarının küt travması, 1974-ci il təvəllüdlü kişiyə başın küt travması, alının sol almacıq nahiyəsinin, çənə nahiyəsinin əzilmiş, cırılmış yaraları, 1992-ci il təvəllüdlü kişiyə qarnın küt travması, qarnın daxili orqanlarının zədələnməsi diaqnozu təyin edilib.

1974-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Oxşar Xəbərlər