Türkiyədə maraqlı təqib: Sürücü traktorla polisdən qaçdı

Türkiyənin Manisa şəhərində maraqlı və qəribə təqib anlarının videogörüntüləri yayılıb. Manisanın Turqutlu rayonunda sürücü polisin “dayan” əmrinə tabe olmayıb və idarə etdiyi traktorla qaçmağa cəhd edib. Lakin buna müvəffəq olmayıb və polis tərəfindən saxlanılıb. Onun sürücülük vəsiqəsinin olmadığı məlum olub.

Sürücüyə 44 min Türkiyə lirəsi (2 min manatdan çox) inzibati cərimə kəsilib.

Oxşar Xəbərlər