Rusiya millisinin və “Spartak” komandasının sabiq baş məşqçisi Georgi Yartsev xəstəxanaya yerləşdirilib.
“QİA.AZ” “Sport-Ekspress” nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Georgi Yartsev hazırda “Tambov” klubunun vitse-prezidentidir. O, “Rotor”, “Dinamo” (Moskva) və “Terpedo”nun da baş məşqçisi olub.