Göyçayda kanalda batan şəxsin meyiti tapılıb.
QİA.az “Report”-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nazim oğlunun meyiti batdığı yerdən təqribən 150 metr aralıda tapılıb.
Şəxsin cansız bədəni aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə fevralın 29-da Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.