İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına start verilib.
Lider “Liverpul” “Nottingem”in qonağı olub. Oyunda hesab 90+9-cu dəqiqədə açılıb. Nunyes mersisaydlıların qələbə qolunu vurub – 0:1
Tottenhem” doğma meydanda “Kristal Pelas”ı qəbul edib. Ev sahibləri ilk qolu buraxan tərəf olsalar da, sonradan üç top vuraraq oyundan qalib ayrılmağı bacarıblar – 3:1.
“Çelsi” isə səfərdə “Brentford”un ciddi müqavimətilə üzləşib. Tərəflər hərəyə iki qol vuraraq meydandan sülhlə ayrılıblar – 2:2.
Bu nəticələrdən sonra turnir cədvəlinə 63 xalla “Liverpul” başçılıq edir. “Tottenhem” 50 xalla 5-ci, “Çelsi” isə 36 xalla 11-cidir.