Azərbaycanda Qurani-Kərimin əlyazma nüsxələri satışa çıxarılıb.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarında məlumat paylaşılıb.
Bildirilib ki, müqəddəs kitabın üzü 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən köçürülüb. Bir neçə cildə bölünən kitab Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.
Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitabda qədimi möhür və tarixlər sürmə ilə əks olunub.
Kitabın qiyməti isə 100 000 manatdır.