İngiltərə Premyer Liqası: Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb

İngiltərə Premyer Liqasının 27-ci turunun “Mançester Siti” və “Mançester Yunayted” komandalarının qarşılaşdığı matç başa çatıb.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, komandalar “Etihad” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi qismində Endryu Madli çıxış edib. Start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənib. “Mançester Siti” 3:1 hesabı ilə qələbə qazanıb.

Artıq səkkizinci dəqiqədə Markus Reşfordun qolu sayəsində “qırmızı şeytanlar” hesabda önə keçiblər. 56-cı dəqiqədə “şəhərlilər” hesabı bərabərləşdirməyi bacarıblar. Filip Foden qola imza atıb. 80-ci dəqiqədə meydan sahiblərinin ingilis yarımmüdafiəçisi ikinci qolunu vurub. 90+1-ci dəqiqədə Erlinq Holand son nöqtəni qoyub – (3:1).

İngiltərə çempionatının 27 turundan sonra Qvardiolanın yetirmələri 62 xal toplayıb və liderlik edən “Liverpul”dan 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıblar. Öz növbəsində, İngiltərə Premyer Liqasında eyni sayda oyundan sonra “Mançester Yunayted” 44 xal qazanaraq altıncı yerdə qərarlaşıb.

Oxşar Xəbərlər